İdman

Azərbaycanlı futbolçu Ukrayna millisinə dəvət alıb

4 Noyabr 2021 08:48
0 Şərh     Baxış: 983
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukraynanın "Minay" klubunda çıxış edən azərbaycanlı futbolçu Eldar Quliyev bu ölkənin U-21 yığmasına çağırılıb.

Milli.Az "Report"a istinadən bildirir ki, baş məşqçi Ruslan Rotanın Şimali Makedoniya və Serbiya ilə 2023-cü il Avropa çempionatının seçmə matçları üçün açıqladığı siyahıda 19 yaşlı yarımmüdafiəçi də var.

Lakin gənc futbolçunun adı hələlik ehtiyat siyahıya salınıb.

Qeyd edək ki, Eldar Quliyev Azərbaycan millisinə namizəd futbolçulardan hesab olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.