İdman

UEFA erməni bayrağına görə intizam işi açdı

5 Oktyabr 2021 21:39
0 Şərh     Baxış: 1 005
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

UEFA-nın İntizam Komitəsi Avropa Liqasının qrup mrhələsində keçirilən "Marsel" - "Qalatasaray" oyununda (0:0) baş vermiş insidentlə bağlı intizam işi açıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, məsələyə oktyabrın 18-də baxılacaq. Yekun qərar isə oktyabrın 22-də açıqlanacaq.

Xatırladaq ki, Fransada keçirilən görüş azarkeşlər arasındakı qalmaqala görə 37-ci dəqiqədə dayandırılıb. Hadisəyə yerli fanatların tribunada Ermənistan bayrağı açması səbəb olub. Hər iki komandanın azarkeşləri müxtəlif pirotexniki vasitələrdən istifadə edərək, bir-birilərinə məşəl atıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.