İdman

Günay Məmmədzadədən iki qələbə

21 Sentyabr 2021 08:48
0 Şərh     Baxış: 915
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şahmat üzrə "Hou Yifan Challenge" adlı turnirdə daha dörd turun oyunları keçirilib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Yudit Polqarın komandasında yer alan Azərbaycanın qadınlardan ibarət milli komandasının lideri Günay Məmmədzadə günün birinci qarşılaşmasında - 10-cu turda Leya Qarifullina (Rusiya) üzərində qələbə qazansa da, növbəti iki turda - Balaji Dagupati (ABŞ) və Vayşali Rameşbabuya (Hindistan) məğlub olub. Yuner Zhu (Çin) ilə son qarşılaşmanı isə şahmatçımız qələbə ilə başa vurub.

Aktivində 3,5 xal olan G.Məmmədzadə 16-cı pillədə yer alır.

Turnirdə iki komandanın - Yudit Polqar və Vladimir Kramnikin komandalarının heyətində ümumilikdə 17 şahmatçı mübarizə aparır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.