İdman

"Bu cür rəqiblərlə oyunlar çox vacibdir" - Elxan Abdullayev

7 Sentyabr 2021 22:56
0 Şərh     Baxış: 1 192
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Serbiyanın Subotiça şəhərində təşkil edilən beynəlxalq turnirdəkı çıxışını başa vuran 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Elxan Abdullayev turnirlə bağlı fikirlərini bildirib.

Milli.Az xəbər verir ki, o, AFFA-nın saytına açıqlamasında deyib:

"Turnirin təşkilatçılığından razı qaldım. Güclü komandalara qarşı oyun oynadıq. Komandam hər oyunda əzmkarlıq göstərdi. Hər oyunda qol vurmağı bacardıq. Çatışmayan cəhətlərimizi görmək üçün bu cür rəqiblərlə oyunlar çox vacibdir. Müşahidə etdiyimiz çatışmazlıqları aradan qaldırmağa çalışacağıq. Seçmə oyunlar öncəsi bu cür turnirdə çıxış etməyimiz müsbət oldu. Bundan sonrakı oyunlarda daha yaxşı nəticə üçün oynayacağımıza inanıram".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory