İdman

Eşq hekayələri sənədli film olacaq

5 Sentyabr 2021 10:28
0 Şərh     Baxış: 997
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünya şöhrətli futbolçu Kriştiano Ronaldonun Corcina Rodrigeslə yaşadığı eşq hekayəsi sənədli filmə çəkiləcək.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, ötən günlərdə adını "Ginnesin Rekordlar Kitabı"na yazdıran futbolçu təkcə uğurları ilə deyil, həm də sevgi hekayəsi ilə də diqqətləri üzərinə çəkməyi bacarıb. Bir müddət məşhur model İrina Şeyklə sevgili olan Ronaldonun Corcina ilə yaşadığı uzunmüddətli münasibət sənədli filmin mövzusu olacaq.

Filmin rəqəmsal platformada yayımlanacağı bildirilir.

Qeyd edək ki, cütlük 2016-cı ildə tanış olub. Rodriges 2017-ci ildə Ronaldo üçün qız övladı dünyaya gətirib. Ronaldonun ümumilikdə 4 övladı var.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.