İdman

Millimiz Lüksemburqa qarşı

1 Sentyabr 2021 07:11
0 Şərh     Baxış: 1 740
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbol üzrə Azərbaycan milli komandası bu gün DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində növbəti oyununa çıxacaq.

Milli.Az matc.az-a istinadən bildirir ki, ilk iki turda xal qazana bilməyən Canni de Byazinin yetirmələri üçüncü sınağında Lüksemburq yığması ilə üz-üzə gələcək.

Millimiz bu rəqiblə səfərdə qarşılaşacaq. Qrupda sonuncu olan yığmamız İrlandiya və Portuqaliya ilə çətin qarşılaşmalar ərəfəsində Lüksemburqda ilk uğurunu rəsmiləşdirməyə çalışacaq.
 
Qeyd edək ki, millimiz bunadək Portuqaliyaya 0:1, Serbiyaya 1:2 hesabı ilə uduzub.
 
DÇ-2022-nin seçmə mərhələsi
A qrupu
1 sentyabr
 
22:45. Lüksemburq - Azərbaycan
Baş hakim: İrfan Pelito (Bosniya və Herseqovina).
Lüksemburq. "Stad Lüksemburq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.