İdman

Mahir Emreli “Legiya”nı məğlubiyyətdən xilas edə bilmədi

30 Avqust 2021 03:03
0 Şərh     Baxış: 3 250
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Futbol üzrə Polşa çempionatında 6-cı turun oyunları keçirilib. Milli.Az matc.az-a istinadən bildirir ki, azərbaycanlı hücumçu Mahir Emrelinin formasını geyindiyi "Legiya" da növbəti matçına çıxıb. 

Sözügedən kollektiv səfərdə "Visla" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.
 
Mahir də bu görüşün iştirakçısı olub. Millimizin hücumçusu 46-cı dəqiqədə meydana buraxılıb. O, bu görüşdə qol vursa da, hakimlər qolun qaydalar çərçivəsində vurulmadığını əsas gətirərək hesaba almayıblar.
 
Altı turdan sonra 6 xalı olan "Legiya" 18 komanda arasında 14-cü pillədə qərarlaşıb. Bu komandanın ehtiyatda əvvəlki turlardan təxirə salınmış iki oyunu da var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.