İdman

“Leypsiq” də uduzdu, “Borussiya” da

29 Avqust 2021 23:12
0 Şərh     Baxış: 760
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Futbol üzrə Almaniya Bundesliqasında 3-cü tura yekun vurulub. Milli.Az matc.az-a istinadən bildirir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

Mönhenqladbax "Borussiya"sı səfərdə "Union Berlin"lə qarşılaşıb. Üç qolun qeydə alındığı bu oyun meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.
 
İki turdan sonra turnir cədvəlinə başçılıq edən "Volfsburq" turun son matçında "Leypsiq"lə üz-üzə gəlib. Meydan sahibləri bu oyundan minimal hesabla qalib ayrılıblar.
 
Almaniya Bundesliqası
3-cü tur
27 avqust
 
Borussiya (Dortmund) - Hoffenhaym 3:2
Qol: Reyna, 49. Bellingem, 69. Haland, 90+1 - Baumqartner, 61. Dabbur, 90.
 
28 avqust
 
Arminiya - Ayntraxt 1:1
Qol: Vimmer, 86 - Hauqe, 22.
 
Auqsburq - Bayer 1:4
Qol: Nyederlexner, 30 - Yaqo, 3-öz qapısına. Nyederlexner, 14-öz qapısına. Şik, 75. Virts, 81.
 
Köln - Bohum 2:1
Qol: Şaub, 82. Lemperle, 90+1 - Zoller, 90+4.
 
Maynts - Qroyter 3:0
Qol: Lukoki, 15. Salai, 18. Ştoger, 90+2.
 
Ştutqart - Frayburq 2:3
Qol: Mavropanos, 45. Al Qaddiui, 45+2 - Yonq, 3; 9. Holer, 28.
 
Bayern - Herta 5:0
Qol: Müller, 6. Levandovski, 35; 70; 84. Musiala, 49.
 
29 avqust
 
Union Berlin - Borussiya (Mönhenqladbax) 2:1
Qol: Gesselmann, 22. Avoniyi, 41 - Hofmann, 90+1.
 
Volfsburq - Leypsiq 1:0
Qol: Russilyon, 52.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.