İdman

"Qarabağ"ın futbolçusu rəsmən Türkiyə klubunda

8 Avqust 2021 10:31
0 Şərh     Baxış: 1 217
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qarabağ"ın futbolçusu Ovusu Kvabenanın Türkiyənin "Ankaragücü" klubuna keçidi rəsmiləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Ankara təmsilçisi Kvabena da daxil olmaqla heyətinə cəlb etdiyi 20 oyunçunu təqdim edib. Qanalı yarımmüdafiəçi paytaxt klubunda icarə əsasında çıxış edəcək. Onun sözləşməsi 1 illikdir.

Ötən mövsümün sonunda Superliqanı tərk edən "Ankaragücü" 2021/22 mövsümündən 1-ci liqada mübarizə aparacaq.

Qeyd edək ki, "Qarabağ" 24 yaşlı futbolçunu 2019-cu ildə İspaniyanın "Kordobo" klubundan transfer edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.