İdman

Daha bir güləşçimizin rəqibi dəqiqləşdi – Tokio-2020

2 Avqust 2021 17:54
Baxış: 3 219
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avqustun 3-də Tokio-2020 Yay Olimpiya Oyunlarında güləş yarışlarında daha 3 çəki üzrə mübarizəyə start veriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu gün həmin çəkilər üzrə püşkatma mərasimi keçirilib. 

Yunan-Roma güləşçimiz İslam Abbasov (87 kq) ilk mərhələdə kubalı Daniel Heçavarria ilə qarşılaşacaq. Həmyerlimiz bu görüşdə qalib gəlsə, 1/4 finalda Kiril Maskeviç (Belarus) - Məhəmməd Metvalli (Misir) qarşılaşmasında üstün olan güləşçiylə üz-üzə gələcək.

Qeyd edək ki, 87 kq-ın görüşləri C xalçasında keçiriləcək. Qarşılaşmalar Bakı vaxtı ilə saat 06:30-da başlayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.