İdman

Gimnastımız finala yüksələ bilmədi - Tokio-2020

24 İyul 2021 19:27
0 Şərh     Baxış: 1 107
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanın idman gimnastı İvan Tixonov Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, fərdi çoxnövçülükdə qüvvəsini sınayan idmançımız dayaqla tullanmada ilk yanaşmasında 13.600 xal yığıb. 25 yaşlı idmançı ikinci yanaşmasında isə hərəkəti dəqiq yerinə yetirə bilməyib.  Yerə yıxılan idmançımız xal qazana bilməyib.

Paralel qollarda 12.766, turnikdə hərəkətlərdə 13.133,  sərbəst hərəkətlərdə 13.233, dəstəli at üzərində isə 13.366, halqalarda 14.200 xal alan gimnast ümumilikdə 80.298 xalla 45-ci yeri tutub.

Tixonov fərdi çoxnövçülükdə "24-lüy"ə, fərdi hərəkətlərdə isə "8-liy"ə düşə bilməyib. Bununla da, o, final mərhələsindən kənarda qalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.