İdman

Bəzi yarışlar fırtınaya görə təxirə düşdü - Tokio-2020

24 İyul 2021 11:59
Baxış: 1 053
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tokio Yay Olimpiya Oyunlarının yarış cədvəli yaxınlaşan fırtına üzündən dəyişdirilib.

Milli.Az xarici KİV-lərə istinadən xəbər verir ki, 26 iyula planlaşdırılan idman tədbirlərinin bir hissəsi digər tarixlərə keçirilib.

İlk olaraq, akademik avarçəkmədə yarışlarının tarixi dəyişdirilib. Bazar ertəsinə nəzərdə tutulan çıxışlar isə bu gün və ya sabah olacaq. Detallar barədə əlavə məlumat veriləcək.

Qeyd edək ki, "İn-fa" tayfunu Yaponiyanın cənubunda baş qaldırıb. Okinava prefekturasında 5 nəfər xəsarət alıb. Hazırda küləyin sürəti saniyədə 40 metrdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.