Namiq Ələskərov əməliyyat olunacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Yunanıstanın "Olimpiakos" klubu ilə dünən keçirilən oyund zədələnən Namiq Ələskərovun vəziyyətinə aydınlıq gəlib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, komandanın baş həkimi Şaiq Zöhrablı bu haqda klubun rəsmi saytına açıqlama verib:
"Oyun vaxtı aldığı zədə ilə əlaqədar Namiqə əvvəlcə meydanda, sonra paltardəyişmə otağında ilkin müdaxilələr oldu. Daha sonra diaqnozun dəqiqləşdirilməsi məqsədilə stadionun yaxınlığındakı klinikaya gedərək, onun kəllə sümükləri kompüter tomoqrafiyası olundu. Nəticədə, burun qanadlarında, əng sümüyündə - frontal və yan hissədə olmaqla 3 ədəd sınıq müşahidə edildi. Xəstəxanada yenidən müdaxilələr olundu. Sonra Namiq bizim maksimum nəzarətimizlə Bakıya gətirildi və bu gün klinikaya yerləşdirildi. Həm üz-çənə cərrahiyyəsi həkimləri, həm də burun-boğaz üzrə uzman doktorlar ümumi olaraq bu nəticəyə gəldik ki, hazırda Namiqin vəziyyəti ilə əlaqədar əsas problem olan hissə əng sümüyündəki frontal və yan hissədə olan sınıqla əlaqədardır. Bunun nəticəsində əng hissəyə sızan möhtəviyyat və xırda hava qabarcıqlarının ilk növbədə işlənməsi lazımdır. Burun-boğaz cərrahları ilə görüşdən sonra belə qərara gəldik ki, hazırda burun sümüklərində olan qırıqlara görə təcili əməliyyata ehtiyac yoxdur. Yəni hazırda burun çəpəri ilə bağlı ciddi narahatlıq yoxdur. Sonradan lazım olsa, rekonstruksiya və plastik məqsədilə bu əməliyyat icra edilə bilər. Amma hazırda əng sümüyündə olan deffektlə bağlı əməliyyat planlaşdırıldı. Bu əməliyyat sabah icra olunacaq. Sonra maksimum bir ay ərzində həm müalicə, həm də bərpa məsələləri həll olunacaq və Namiq komanda ilə məşqlərə qoşulacaq".
Qeyd edək ki, ötən mövsüm Premyer Liqanın bombardiri olan Namiq Ələskərov bu mövsüm Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin Tbilisi "Dinamo"su ilə hər iki oyununda qol vurub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Zubir “Qarabağ”a qayıdır? – Rəsmi
-
Ana qolları olmadığı üçün körpəsindən imtina etdi
-
“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
-
Neftin qiymətinin 200 dollara yüksəlməsi mümkündür
-
Zərdabda 5 nəfərin öldüyü hadisənin təfərrüatı - (Foto)
-
İranda dollar yenə bahalaşdı
-
“Qız qalası” yenidən səhnəyə qayıdır! - (Foto)
-
"Bir oyun idi oynadıq, bitdi getdi" - Nigar Tofiqqızının nişanı qayıtdı
-
İsmayıllıda baş vermiş zəhərlənmə hadisəsinin səbəbi açıqlandı
-
Messi bu ispan klubunu alır
-
Suriyada silah-sursat anbarı partladı: Ölən və yaralananlar var
-
Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
-
Kirill Budanov Rusiyada qiyabi həbs edildi
-
Türkiyədə 64 il həbs cəzası olan qadın canlı yayımda tutuldu - (Video)
-
"Mançester Yunayted"lə tarixi matç öncəsi "Sabah"da ciddi itki
-
Biləcəridə çörək emalı müəssisəsində nöqsanlar aşkarlandı
-
Rusiya–Ukrayna müharibəsi: Tank otların arasında gizlənən braziliyalı əsgərin üzərindən keçdi – (Video)
-
Aleksandr Şarovski dəfn edildi - (Yenilənib)
-
Mərhum jurnalistin məzarından bürünc barelyef oğurlanıb
-
Seda Sayanın əri ilə romantik anları: "O qədər gözəlsən, "Ay kimsən"" - (Video)
-
Firuzə İbadova xəstəxanaya yerləşdirildi
-
Qalib Bayramova hökm oxundu
-
Vəfat edən qızının əmanətini gəlin köçürən nənə və baba kövrəltdi - (Video)
-
Bank VTB (Azərbaycan) uşaqlar üçün 6-cı “Yay düşərgəsi” təşkil edib





