İdman

Lionel Messi “Barselona” ilə 5 illik müqaviləyə razılaşıb

14 İyul 2021 17:54
0 Şərh     Baxış: 1 131
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Barselona" kapitanı Lionel Messi ilə yeni müqavilə məsələsində ilkin razılığa gəlib.

Milli.Az apasport.az-a istinadən xəbər evrir ki, bu barədə "Diario Sport" xəbər yayıb.

Argentinalı superulduzun daha əvvəl 2 illik saziş bağlaması müzakirə olunurdu. Lakin tərəflər daha uzun müddət işbirliyini davam etdirmək qərarına gəlib. Bildirilir ki, Leo daha 5 il yüksək səviyyədə oynamaq gücündə olduğunu düşünür və bu üzdən yeni 5 illik müqavilənin imzalanması nəzərdə tutulub.

34 yaşlı oyunçu maaşının 50 faiz azaldılmasına da razılıq verib. O, klubun çətin anlar yaşadığını başa düşdüyü və komanda yoldaşlarına nümunə olmaq üçün bu şərtləri qəbul edib. Hazırda müqavilənin son detalları dəqiqləşdirilir. "Barsa" rəhbərliyi iyulun sonlarında Messi ilə yeni sözləşməni rəsmən imzalamağı planlaşdırır.

Qeyd edək ki, "Barselona" akademiyasının yetirməsi olan Lionel Messi 2004-cü ildən əsas komandada çıxış edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.