İdman

Faciəli şəkildə ölən futbolçunun bacısı intihara cəhd etdi: Vəziyyəti ağırdır

8 İyul 2021 09:40
0 Şərh     Baxış: 2 811
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Argentinadan həyəcan verici xəbər gəlib. 

Milli.Az lent.az-a istinadla bildirir ki, 2019-cu ilin fevral ayında təyyarə qəzasına ölən argentinalı futbolçu Emiliano Salanın bacıs Romina özünü öldürməyə cəhd edib. Xəstəxanaya yerləşdirilən qızın vəziyyətinin ağır olduğu bildirilir. 

Məlumata görə, Romina içkili vəziyyətdə özünü asmağa cəhd edib. Həkimlər onun həyatını xilas etməyə çalışırlar. 

Emilianonun ölümündən iki il yarım keçib. Xatırladaq ki, Uelsə uçduğu təyyarə radardan itən zaman futbolçu 15 milyona "Nans"dan "Kardiff"ə transferini tamamlamaq üzrə idi. Onun Uelsə uçan təyyarəsi radardan itir. Sonradan təyyarə La-Manş kanalında tapılır, fubolçunun cəsədi sudan çıxarılır. 

Faciədən sonra Romina sosial şəbəkələrdə doğum günündə də daxil olmaqla uzun müddət qardaşı haqqında mesajlar göndərməyə davam edirdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.