İdman

Azərbaycan cüdoçuları Avropa kubokunu 1 qızıl və 3 bürünc medalla başa vurub

5 İyul 2021 07:55
0 Şərh     Baxış: 790
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Portuqaliyanın Koimbra şəhərində gənc cüdoçular arasında keçirilən Avropa kuboku yarışına yekun vurulub.

Milli.Az xəbər verir ki, beynəlxalq turnirin son günü Azərbaycan cüdoçuları daha 2 bürünc medal qazanıblar. Belə ki, Elcan Hacıyev (81 kq) və Ruslan Nəsirli (100 kq) turnirdə üçüncü yeri tutublar. Beləliklə, milli komandamız Avropa kubokunu 1 qızıl və 3 bürünc medalla başa vurub.

Qeyd edək ki, yarışın ilk günündə Turan Bayramov (60 kq) qızıl, Nəriman Mirzəyev (66 kq) isə bürünc medala layiq görülüb. Avropa kubokunda 24 ölkədən 306 cüdoçu yarışıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.