İdman

Güləşçimiz Şərif Şərifov İstanbulda beynəlxalq turnirin qalibi olub

27 İyun 2021 09:16
Baxış: 691
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan pəhləvanı Şərif Şərifov İstanbulda sərbəst güləş üzrə Yaşar Doğu turnirinin qalibi olub.

Milli.Az xəbər verir ki, ənənəvi yarışdakı yeganə təmsilçimiz Ş.Şərifov (97 kq) mübarizəyə dörddəbir finaldan qoşulub. Dünya, olimpiya və Avropa çempionumuz ilk görüşdə tunisli Səid Məhəmmədə tam üstünlüklə qalib gəlib. Titullu güləşçimiz yarımfinalda Givi Matçaraşviliylə qarşılaşıb. Şərif yanvarda Fransanın Nitsa şəhərində keçirilən Qran-pridə məğlub olduğu Gürcüstan təmsilçisindən revanş alıb - 3:0.

Beləliklə, Ş.Şərifov adını finala yazdırıb. Millimizin üzvü iyunun 26-da həlledici qarşılaşmada türkiyəli Mustafa Səssizlə qarşılaşıb. Rəqibini məğlub edən təcrübəli pəhləvanımız Yaşar Doğu turnirinin qalibi olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.