İdman

"Ronaldo mənə həsəd aparır" - Lukaku

26 İyun 2021 13:48
Baxış: 821
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Belçika millisinin hücumçusu Romelu Lukaku Portuqaliya yığmasının kapitanı Kriştiano Ronaldo haqda fikirlərini bölüşüb.

Qeyd edək ki, Belçika və Portuqaliya komandaları iyunun 27-də "Avro-2020"nin 1/8 finalında üz-üzə gələcəklər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, "İnter"li oyunçu "Yuventus"da çıxış edən həmkarı barədə danışarkən deyib: "O, ötən mövsüm daha çox qol vurub, biz isə İtaliya çempionu olmuşuq. Mənim üçün bu titulu udmaq xüsusi önəm daşıyırdı. Mən Ronaldoya driblinq və zərbələrinə görə həsəd aparıram. Eyni zamanda düşünürəm ki, Ronaldo da gücümə və dəqiqliyimə görə mənə həsəd aparır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.