İdman

"Beşiktaş" Sergen Yalçınla razılığa gəldi

22 İyun 2021 21:37
0 Şərh     Baxış: 704
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Beşiktaş" baş məşqçisi Sergen Yalçınla bağlı qərar verib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssisin başa çatan müqaviləsi yenilənəcək. İstanbul təmsilçisinin Feysbuk səhifəsi Sergen Yalçının şəklini paylaşaraq "Onun yei buradır" yazıb.

"TRT Spor"un yaydığı məlumatda isə bu gün klub prezidenti Ahmet Nur Çebinin Segen Yalçınla görüşdüyünü və yeni müqavilə ilə bağlı razılıq əldə olunduğu bildirilib.

Qeyd edək ki, "Beşiktaş" 2020/2021 mövsümündə Sergen Yalçının rəhbərliyi ilə Superliqanı və ölkə kubokunu qazanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.