İdman

Beyl: "Uels qrupdan lider kimi çıxmaq istəyir"

20 İyun 2021 13:00
Baxış: 641
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Uels millisinin futbolçusu Qaret Beyl Avro-2020-nin qrup mərhələsinin üçüncü turunda İtaliya ilə matç öncəsi fikirlərini bölüşüb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi deyib:

"Əldə etdiklərimizdən razı qala bilmirik. Buna görə də qarşıdakı oyunda qalib gəlməyə çalışacağıq. Uels millisi qrupdan lider kimi çıxmaq istəyir. Buna nail olmaq üçün əlimizdən gələni edəcəyik.

İtaliya qrupun lideridir və bu komandaya qarşı Romadakı oyunumuz xüsusi olacaq. Avropa çempionatının ruhuna girə bilmirsinizsə, deməli, buraya aid deyilsiniz. Uels milli komandası bununla bağlı heç vaxt problem yaşamayıb. Ona görə də çox iddialıyıq".

Qeyd edək ki, sözügedən matç bu gün 20600-da başlayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.