İdman

İki güləşçimiz Avropa çempionatının 1/4 finalında

18 İyun 2021 14:51
Baxış: 819
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bolqarıstanın Samokov şəhərində yeniyetmə güləşçilərin Avropa çempionatı davam edir.

Azərbaycan Güləş Federasiyasından Milli.Az-a verilən məlumata görə, beşinci yarış günündə 48, 55, 65, 80 və 110 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulub. Kənan Abdullazadə ilk mərhələdə türkiyəli həmkarı üzərində əzmkar qələbə qazanıb.

Həmyerlimiz daha sonra erməni rəqibini "tuşe" ilə xalçadan məyus yola salıb.

Fərid Baxışlı debütdə estoniyalı güləşçiyə tam üstünlüklə qalib gəlib. Cocu Səmədov 1/8 finalda belaruslu rəqibinə uduzub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.