İdman

Türkiyə - Uels oyununda tamaşaçı sayı açıqlanıb

17 İyun 2021 10:54
Baxış: 1 613
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

AVRO-2020-nin Türkiyə - Uels oyunundakı (0:2) tamaşaçı sayı bəlli olub.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu UEFA açıqlayıb.

Bakı Olimpiya Stadionundakı qarşılaşmanı 19 min 762 azarkeş izləyib. II turun A qrupunda keçirilən bu görüş ölkəmizdəki ikinci Avropa çempionatı matçı olub. İyunun 12-də baş tutan Uels - İsveçrə matçında (1:1) daha az 8 min 782 tamaşaçı qeydə alınıb.

Qeyd edək ki, Bakıda qrup mərhələsinin daha bir matçı baş tutacaq. İyunun 20-də Türkiyə İsveçrə ilə qarşılaşacaq. İyulun 3-də isə 1/4 final matçı baş tutacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.