İdman

Lorenzo Sotomayor Tokio-2020-yə lisenziya qazandı

6 İyun 2021 17:54
Baxış: 796
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Boks üzrə Azərbaycan milli komandası Tokio-2020 Yay Olimpiya Oyunlarına dördüncü lisenziyanı qazanıb.

Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, yığmamızın heyətində Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev (63 kq) və Alfonso Dominqesin (81 kq) ardınca Lorenzo Sotomayor bu uğura imza atıb.

Rio-2016-nın gümüş medalçısı Fransanın paytaxtı Parisdə keçirilən Avropa Olimpiya Təsnifat Turnirində 1/2 finala yüksəlməklə Tokio-2020-də iştirak hüququna sahib olub. 69 kq çəki dərəcəsində mübarizə aparan boksçu belaruslu Aleksandr Radionov məğlub edib.

Qeyd edək ki, Tokio Olimpiadası bu il iyulun 23-dən avqustun 8-dək keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.