İdman

Fanatlarının davasında odlu silahlardan istifadə edildi, 19 nəfər saxlanıldı

6 İyun 2021 10:18
Baxış: 766
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın paytaxtı Moskva şəhərində hüquq-mühafizə orqanlarının əməkdaşları kütləvi davada iştirak edən 19 futbol fanatını saxlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, yaxınlıqdakı polis idarəsinə hadisə barədə məlumat yerli sakinlər tərəfindən daxil olub.

Belə ki, bir qrup şəxs binanın həyətində uşaqlar üçün nəzərdə tutulmuş idman meydançasına yığışıb və qısa müddət sonra dava etməyə, bir-birinə qarşı silah işlətməyə başlayıblar.

Hadisə yerinə gələn polis kütləvi davanın  iştirakçılarını müəyyənləşdirərək onları saxlayıb.

Hadisə ilə bağlı cinayət işi açılıb. Saxlanılanların hansı futbol klublarının azarkeşi olması barədə hələlik məlumat yoxdur. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.