İdman

Lukaku: "Rusiya üzərində qələbəni Eriksenə həsr edirəm"

13 İyun 2021 19:11
Baxış: 589
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Belçika millisinin üzvü Romelu Lukaku ötən gün Avro-2020-nin final mərhələsində Rusiya üzərində qələbəni (3:0) "İnter"dəki komanda yoldaşı Kristian Eriksenə həsr edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Lukaku bu barədə oyun haqda danışarkən bildirib. Danimarka yığmasının üzvü olan Eriksen ötən gün Finlandiya ilə matçda huşunu itirib. Lukaku isə Rusiyaya vurduğu qolu və qələbəni Eriksenə həsr edib:

"Qələbəmizə görə çox xoşbəxtəm, amma oynamaq mənim üçün çətin idi. Ümid edirəm ki, Kristian sağlamdır. Rusiya üzərindəki qələbəni ona həsr edirəm. Çox ağladım, qorxdum. Biz onunla mühüm anları birlikdə keçmişik. Mən ailəmdən çox Kristianla vaxt keçirtdim. Fikrim onun, iki övladının və ailəsinin yanındadır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.