İdman

"Mançester Siti" Aqueronun əvəzləyicisini tapdı

3 İyun 2021 21:39
Baxış: 862
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Ayntraxt"ın futbolçusu Andre Silva karyerasını İngiltərədə davam etdirə bilər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, "Mançester Siti" portuqaliyalı hücumçunun xidmətində maraqlıdır. "Şəhərlilər" 25 yaşlı forvardı komandadan ayrılan Serxio Aqueronun əvəzləyicisi kimi heyətə cəlb etmək istəyir.

Andre Silva Bundesliqada ötən mövsüm 34 oyuna 29 qol vurub, 10 qol ötürməsi edib. Transfermarkt portalı futbolçunun qiymətini 45 milyon avro göstərir. Onun Frankfurt klubu ilə 2023-cü ilin yayınadək müqaviləsi var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.