İdman

Alman millisinin yeni baş məşqçisi bu şəxs oldu - FOTO

25 May 2021 17:24
Baxış: 1 032
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Almaniya millisinin yeni baş məşqçisi rəsmən açıqlanıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki,  bundan sonra bundestimi "Bayern"i növbəti dəfə çempion edən Hans-Diter Flik çalışdıracaq.

Almaniya Futbol Federasiyası bu gün onunla rəsmi müqaviləyə qol çəkib. 56 yaşlı məşqçinin müqaviləsi 2024-cü ilədək olacaq. O, Almaniyada keçiriləcək AVRO-2024 də daxil olmaqla millinin sükanı arxasında çalışacaq.

Hans-Diter Flikin ilk işi sentyabrın 2-də dünya çempionatının seçmə oyunu olan Lixtenşteynlə matçda olacaq. Onun ilk ev matçı isə sentyabrın 5-də Ermənistanla qarşılaşma olacaq.

Qeyd edək ki, Almaniyanı dünya çempionu etmiş indiki baş məşqçi Yoaxim Löv AVRO-2020-dən sonra millidən ayrılacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.