İdman

İbrahimoviç Avro-2020-ni buraxacaq

15 May 2021 19:38
Baxış: 369

İsveç millisinin və "Milan"ın zədəli futbolçusu Zlatan İbrahimoviçin Avro-2020-də iştirak edə bilməyəcəyi dəqiqləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə İsveç Futbol Federasiyası məlumat yayıb. 39 yaşlı hücumçunun A seriyasının 35-ci turunda "Yuventus"la matçda (3:0) aldığı zədəyə görə Avropa çempionatını buraxacağı bildirilib.

Qeyd edək ki, 2001-ci ildən İsveç millisinin üzvü olan Zlatan 2016-cı ildə yığmada çıxışını dayandırıb. O, bu ilin mart ayında yenidən milliyə qayıdıb. İbrahimoviç 62 qolla bu komandanın bombardiridir.
 
Xatırladaq ki, Avropa çempionatı 11 iyun - 11 iyul tarixlərində keçiriləcək. İsveç millisi İspaniya, Polşa və Slovakiya ilə eyni qrupda oynayacaq.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.