İdman

Dadaşovun komandası yenə darmadağınla qalib gəldi

9 May 2021 21:25
Baxış: 865
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Futbol üzrə ABŞ birinci liqasında 2-ci turun oyunları keçirilib.

Milli.Az matc.az-a istinadən bildirir ki, Azərbaycan milli komandasının hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu "Finiks Rayzinq" də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda "Oakland Roots" ilə qarşılaşıb. Oyun "Finiks Rayzinq"in 3:0 hesablı qələbəsiylə başa çatıb.
 
Dadaşov da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan hücumçu sonadək mübarizə aparsa da, bu dəfə də fərqlənməyi bacarmayıb.
 
İki oyuna 6 xal toplayan "Finiks Rayzinq" hazırda birinci pillədə qərarlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.