İdman

Azərbaycan yığmasına yalnız bu xanım təsəlli oldu

8 May 2021 17:21
Baxış: 854
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə Dünya Olimpiya Təsnifat Turniri davam edir.

Milli.Az sportinfo.az-a istinadən xəbər verir ki, ikinci yarış günündə qadın güləşçilər mübarizəyə qoşulub.

Azərbaycan millisinin xalçaya çıxan idmançısından 4-ü uduzduğu halda, 1-i finala yüksəlib.

Güləşçilərimizdən Türkan Nəsirova startda Ekvador güləşçisinə yenilib.

Alyona Kolesnik Qırğızıstan idmançısıyla qarşılaşmaya yaxşı başlasa da, ikinci hissədə "tuşe" ilə xalçadan məyus ayrılıb.

Tatyana Omelçenko ilk görüşdə sonuncu xal prinsipinə əsasən alman güləşçiyə məğlub olub.

Mübarizəyə 1/8 finaldan qoşulan Elis Manolova yunan həmkarını üstələyib. Təmsilçimizin növbəti görüşü daha gərgin mübarizə şəraitində keçib. Argentinalı güləşçi hesabda 2:0 öndə olsa da, Manolova geridönüş edib.

Yekunda Elis sonuncu xal prinsipinə əsasən yarımfinala yüksəlib. Həlledici qarşılaşmada Asiya çempionu olmuş Qazaxıstan güləşçisinə gücünü göstərən yığmamızın üzvü finala adını yazdırmaqla yanaşı, Tokio Olimpiadasına vəsiqəni təmin edib.

O, birincilik qarşılaşmasına bu gün çıxacaq. Digər idmançımız Gözəl Zutova da debütdə rumıniyalı rəqibinə uduzub.

53 kq
1/8 final: Türkan Nəsirova - Luisa Melendres (Ekvador) - 1:4

57 kq
1/8 final: Alyona Kolesnik - Nuraida Anarkulova (Qırğızıstan)* - 8:7 (tuşe)

62 kq
1/8 final: Tatyana Omelçenko - Luisa Niemeş (Almaniya) - 1:1*

68 kq
1/8 final: Elis Manolova - Aqoro Papavasileu (Yunanıstan) - 4:0
1/4 final: Elis Manolova - Klara Vaskes (Argentina) - *2:2
1/2 final: Elis Manolova - Cəmilə Bakbergenova (Qazaxıstan) - 5:3
Final: Elis Manolova - Mimi Xristova (Bolqarıstan)

76 kq
Təsnifat: Gözəl Zutova - Katalina Axente (Rumıniya) - 2:5

Yarışın ilk günündə mübarizə aparan 3 sərbəst güləşçimizdən heç biri lisenziya qazana bilməyib. Qadınlardan ibarət yığmamızda Olimpiada vəsiqəsinə Mariya Stadnik (50 kq) sahib olub. O, dünya çempionatında bu vəzifənin öhdəsindən gəlib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.