İdman

Eldar Mansurovdan qalmaqallı açıqlama - ““Qarabağ”ı komanda saymıram”

7 May 2021 17:18
Baxış: 1 446
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məşhur bəstəkar Eldar Mansurovun "Futbol+" qəzetinə verdiyi açıqlama qalmaqala səbəb olub.

Milli,Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, açıqlamasında "Qarabağ"ı komanda hesab etmədiyini bildirib:

"Açığı, mən "Qarabağ"ı komanda saymıram. "Neftçi"ni "sındırdılar" və Ağdam klubu bu fürsətdən istifadə etdi. "Qarabağ"ı adına görə irəli çəkdilər. Bəlkə elə deyil? "Qarabağ" nə vaxtdan böyük camiə olub? "Neftçi" başqa aləmdi".

Daha sonra "Qarabağ" klubunun tərcüməçisi Elvar Quliyev Eldar Mansurovdan belə bir açıqlama verib-vermədiyini soruşub. Mansurov cavabında isə açıqlamasının təhrif olunduğunu bildirib: "Belə jurnalistlərə nə deyim? Öz reytinqlərinə görə aləmi bir-birinə qatırlar. Mən həmişə demişəm ki, "Neftçi" azarkeşiyəm, amma "Qarabağ"a münasibətim yaxşı olub. Mübahisələr olub, demişəm ki, "Neftçi" Azərbaycan futbolunun flaqmanıdır. "Qarabağ" azarkeşləri isə bunun əksini düşünürlər. Uzun-uzadı danışmaq istəmirəm. Mən heç "camiə" sözünün nə olduğunu bilmirəm, qalmışdı ki, onu deyim. Bu jurnalist adi futbol azarkeşinin sözünü siyasiləşdirir. Heç olmasa baxın ki, mən 1990-cı ildən bu tərəfə Qarabağ haqqında nə qədər mahnılar yazmışam. Düşməni kənarda axtarmaq lazım deyil".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.