İdman

"Mançester Yunayted"lə "Vilyarreal" finalda!

7 May 2021 07:00
Baxış: 1 999
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün futbol üzrə Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçirilib.

Milli.Az matc.az-a istinadən bildirir ki, hər iki qarşılaşma eyni gündə və eyni saatda başlayıb.

İngiltərənin "Mançester Yunayted" klubu doğma meydanda darmadağın etdiyi "Roma" ilə bu dəfə İtaliyada üz-üzə gəlib. "Canavarlar"ın bu görüşdə möcüzə etməsi o qədər də inandırıcı görünmürdü. Bu qarşılaşma da bol qollu alınıb. Matç meydan sahiblərinin qələbəsiylə başa çatsa da, finala "qırmızı şeytanlar" çıxıblar.

Digər yarımfinal görüşü isə İspaniya "Vilyarreal"ı ilə İngiltərənin "Arsenal" klubları arasında baş tutub. İlk oyunda ispanlar qalib gəlsə də, "topçular"ın da finala çıxmaq şansı yüksək idi. Amma görüş qolsuz bitib və ispanlar finala yüksəliblər.

Qeyd edək ki, Avroliqanın final qarşılaşması mayın 26-da Polşanın Qdansk şəhərində keçiriləcək.

Avropa Liqası
Yarımfinalın cavab oyunları
6 may

Roma (İtaliya) - Mançester Yunayted (İngiltərə) 3:2
Qol: Dzeko, 57. Kristante, 60. Zalevski, 83 - Kavani, 39; 68.
İlk oyun - 2:6.

Arsenal (İngiltərə) - Vilyarreal (İspaniya) 0:0
İlk oyun - 1:2.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.