İdman

Azərbaycanlı idmançı Avropaya güləşməyə getmişdi, hakimlik etdi - Maraqlı səbəb

27 Aprel 2021 17:52
Baxış: 893
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Güləş üzrə Avropa çempionatının ardından Polşanın paytaxtı Varşavada keçirilən qrapplinq üzrə Avropa çempionatında bir idmançımız diskvalifikasiya səbəbindən çıxış edə bilməyib.

Mİlli.Az oxu.az-a istinadən xəbər verir ki, bu, 77 kq çəki dərəcəsində yarışmalı olan Nadir İmaməliyevdir.

Azərbaycan Qrapplinq, Pankration və MMA Federasiyasının prezidenti Azad Əsgərov sayta bunları deyib:

"Varşavaya üç idmançı ilə gəlmişik. Məhəmməd Əhmədzadə 84 kq-da bürünc medal qazandı, Vüsal Qasımov isə 71 kq-da ilk döyüşdə uduzub medalsız qaldı. Nadir isə 2019-cu ildə Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilmiş dünya çempionatı zamanı bir illik diskvalifikasiya olunub. Həmin vaxt o xalçaya çıxmalı olmasa da, anlaşılmazlıq səbəbindən səhvən xalçaya çıxıb. Ona görə də diskvalifikasiya edilib.

Biz də hesablamışdıq ki, onun cəzası bitib. Sən demə, ötən il qrapplinqdə heç bir yarış keçirilmədiyindən, cəzanın müddəti davam edib. Burada olanda bizə dedilər ki, o yarışa bilməz, cəzası növbəti dünya çempionatında başa çatacaq. Biz də fikirləşdik ki, artıq onu bura pul verib gətirmişik, heç olmasa hakim kimi yararlanaq. Hakimlik etməsinə razılıq aldıq. Nadir İmaməliyev də bu Avropa çempionatında hakimlik etdi".

Qeyd edək ki, qrapplinq üzrə Avropa çempionatı bu gün başa çatacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.