İdman

“İnter” və “Atletiko” da Superliqanı tərk etdi

21 Aprel 2021 16:44
Baxış: 696
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliyanın "İnter" və İspaniyanın "Atletiko" (Madrid) klubları Avropa Super Liqasından ayrıldıqlarını açıqlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə hər iki klubun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, daha əvvəl İngiltərənin "Liverpul", "Arsenal", "Mançester Yunayted", "Tottenhem", "Mançester Siti" və "Çelsi" klubları Super Liqanı tərk etdiklərini açıqlamışdı.

İspaniyanın "Real", "Barselona", İtaliyanın isə "Yuventus" və "Milan" klubları yarışdan imtina etdiklərini açıqlamayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.