İdman

"Real", "Barselona" və "Atletiko"nun La Liqadakı taleyinə aydınlıq gəlib

20 Aprel 2021 12:24
Baxış: 1 244
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Superliqaya qatılan İspaniya klubları "Real", "Barselona" və "Atletiko" La Liqadan kənarlaşdırılmayacaq.

Milli.Az apasport.az saytın-a istinadən xəbər verir ki, hər üç klub çempionatda çıxışını davam etdirəcək.

Buna La Liqa rəhbərliyinin fikirləri səbəb olub. Funksionerlər Superliqanı "ölü doğulan layihə" hesab edir. La Liqa əmindir ki, bu turnir başlamayacaq. Məhz bu üzdən də İspaniya klublarının çempionatdan xaric olunmasına əsas yoxdur.

La Liqa rəhbərliyinin Superliqanın gələcəyinə inamsızlığı isə onunla bağlıdır ki, turnirin "JP Morgan" bankına kreditdən başqa heç nəyi yoxdur.

Qeyd edək ki, daha öncə bəyanat yayan La Liqa yeni turnirin yaradılmasını qınayıb.

Superliqadakı İtaliya təmsilçiləri "Milan", "İnter" və "Yuventus" da A seriyasına müraciət ünvanlayaraq çempionatdan çıxmaq istəmədiyini bəyan edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.