İdman

"“Real”la oyunda bizə ən yaxşı Messi lazımdır”

10 Aprel 2021 13:52
Baxış: 653
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Barselona"nın baş məşqçisi Ronald Kuman "Real"la matç öncəsi fikirlərini bölüşüb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 58 yaşlı mütəxəssis deyib:

"Bu yaxınlarda yaxşı nəticələr əldə etmişik, Komanda özünə güvənir. Qarşıda "Real"la möhtəşəm bir oyunumuz var. Maksimum dərəcədə mübarizə aparacağıq. Çünki bu, hər iki klub üçün də La Liqadakı qələbədir . Ona görə də bugünkü oyun çox vacibdir. Ümid edirəm ki, Messi yenidən həlledici rol oynayacaq. Bu matçda  bizə ən yaxşı Messi və ən yaxşı "Barselona" lazımdır. Hər şey mükəmməl şəkildə aparılmalıdır". 
 
Qeyd edək ki, bu gün keçiriləcək "Real" - "Barselona" görüşü Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.