İdman

Mirça Rednik istefaya göndərildi

9 Aprel 2021 18:07
Baxış: 603
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rumıniyanın "Vitorul" klubu baş məşqçisi Mirça Redniki istefaya göndərib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Komandanın nəticələri qənaətbəxş olmadığına görə rumıniyalı mütəxəssisin müqaviləsinə vaxtından əvvəl xitam verilib. Ötən ilin dekabrında Konstanta təmsilçisinə baş məşqçi təyin edilən Redniklə 2.5 illik müqavilə imzalanmışdı.

George Hacinin sahibi olduğu komanda ardıcıl ikinci mövsümdür çempionluq uğrunda yarışan ilk "6-lıq"dan kənarda qalıb.

Qeyd edək ki, 2010/11 mövsümündə "Xəzər Lənkəran"ı çalışdırmış Mirça Rednik bu klubla Azərbaycan kubokunun qalibi olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.