Sabiq UFC çempionu Həbib Nurməhəmmədov tarixin ən yaxşı futbolçusu hesab etdiyi şəxsin adını açıqlayıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, "UFC Russia Youtube" kanalına açıqlamasında "Yuventus"un hücumçusu Kriştiano Ronaldonu tarixin ən yaxşı oyunçusu adlandırıb:
"Kriştiano Ronaldo mənim üçün futbol tarixinin ən yaxşısıdır. Bu insan hələ 2004-cü ildə Avropa çempionatının finalında Yunanıstana uduzan Portuqaliya millisinin heyətində idi. 2004-cü ildən bu günə qədər bombardirlər yarışında liderdir. 16 ildir zirvədədir və yüksək səviyyədə oynayır".
Qeyd edək ki, Həbiblə Kriştiano yaxın dostdur.
Milli.Az