İdman

Portuqaliya - Azərbaycan matçının hakimləri açıqlandı

22 Mart 2021 15:59
Baxış: 1 343
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Millimizin DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya ilə səfər oyununun hakimləri açıqlanıb.

Milli.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, matçı Almaniyadan olan hakimlər briqadası idarə edəcək. Daniel Zibert oyunun baç hakimi olacaq. Ona yan xətt hakimləri Yan Zaydel və Rafael Foltin köməklik edəcəklər. Dördüncü hakim funksiyasını Saşa Stegemann yerinə yetirəcək.

Qeyd edək ki, martın 24-də İtaliyanın Turin şəhərindəki "Yuventus" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.