İdman

İngiltərə millisi əsas qapıçısını itirdi

17 Mart 2021 13:18
Baxış: 811
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Everton"un və İngiltərə millisinin qapıçısı Cordan Pikford ciddi zədə alıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 27 yaşlı qolkiper DÇ-2022-nin seçmə mərhələsinin ilk üç oyununu buraxacaq.

Millisinin əsas qapıçısı Premyer Liqanın 29-cu turunda "Börnli"yə 1:2 hesabı ilə uduzduqları görüşdə qarın nahiyəsindən xəsarət alıb. Onun aprel ayına qədər meydana çıxacağı gözlənilmir.

Qeyd edək ki, İngiltərə yığması DÇ-2022-nin seçmə mərhələsində martın 25-də San Marino, martın 28-də Albaniya, martın 31-də isə Polşa ilə qarşılaşacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.