"Everton"un və İngiltərə millisinin qapıçısı Cordan Pikford ciddi zədə alıb.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, 27 yaşlı qolkiper DÇ-2022-nin seçmə mərhələsinin ilk üç oyununu buraxacaq.
Millisinin əsas qapıçısı Premyer Liqanın 29-cu turunda "Börnli"yə 1:2 hesabı ilə uduzduqları görüşdə qarın nahiyəsindən xəsarət alıb. Onun aprel ayına qədər meydana çıxacağı gözlənilmir.
Qeyd edək ki, İngiltərə yığması DÇ-2022-nin seçmə mərhələsində martın 25-də San Marino, martın 28-də Albaniya, martın 31-də isə Polşa ilə qarşılaşacaq.
Milli.Az