İdman

Sabiq dünya çempionu vəfat etdi

14 Mart 2021 15:15
Baxış: 892
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Orta çəkidə boks üzrə sabiq dünya çempionu Marvin Xaqler ABŞ-da qəfil vəfat edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə TMZ boksçunun həyat yoldaşına istinadən məlumat yayıb.

Dünən 66 yaşlı sabiq dünya çempionu Nyu-Qempşirdə vəfat edib. Boksçunun oğlu deyib ki, atası sinəsində ağrıların yaranması və nəfəs almasının çətinləşməsi ilə bağlı hospitala yerləşdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyib. Hələlik ölümün dəqiq səbəbi müəyyənləşdirilməyib.

Qeyd edək ki, M. Xaqler 1980-ci ildən 1987-ci ilə qədər orta çəkidə dünya çempionu olub. O, bir neçə İtaliya filmində də rol alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.