İdman

La Liqa prezidenti: “Messinin gedişinə hazırıq”

9 Mart 2021 17:55
Baxış: 1 162
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İspaniya La Liqasının prezidenti Xavyer Tebas Lionel Messinin "Barselona"dan getməsi ehtimalının çempionata maliyyə baxımından təsirləri barədə fikirlərini açıqlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Goal" məlumat yayıb.

"Messi "Barselona"dan müqaviləsindəki müddəalardan birinə görə ayrıla bilmədi. Kriştianu Ronaldu ilə bağlı da əvvəl dediyim kimi, liqa həmçinin bu məqama da maliyyə baxımından hazırdır", - X.Tebas bildirib.

O, K.Ronaldunun "Real"ı klubun qərarı əsasında tərk etdiyini qeyd edib.

"Mən nəsə demək hüququna sahib deyiləm, ancaq hər zaman çempionatda ən yaxşı oyunçulara sahib olmaq istərdim. Eyni şey Neymarla da baş verdi. Ronaldu çempionatın ən yaxşı bombardiri idi, biz onun gedişindən məyus olduq. Ancaq maliyyə baxımından təsirləri minimum oldu, çünki biz həmin məqama ciddi hazırlaşmışdıq", - o bildirib.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.