İdman

Kolumbiya - Braziliya oyunu baş tutmaya bilər - Nazir açıqladı

6 Mart 2021 18:35
Baxış: 549
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

DÇ-2022-nin Cənubi Amerika zonası üzrə seçmə mərhələsinin Kolumbiya - Braziliya oyunu baş tutmaya bilər.

Milli.Az apasport.az-a istinadla bildirir ki, buna səbəb Braziliyada koronavirus infeksiyası yenidən sürətlə yayıldığı üçün iki ölkə arasında uçuşların dayandırılmasıdır.

Kolumbiyanın Səhiyyə və Sosial İşlər naziri Fernando Ruiz Braziliya yığmasının bu ölkəyə səfərinə qarşı olduğunu açıqlayıb: "Hazırda Braziliyadan hər hansı bir uçuş təşkil etmək çox çətindir. Şəxsən mən çarter uçuşuna da qarşıyam".

Qeyd edək ki, V tur çərçivəsində Kolumbiya - Braziliya oyunu martın 26-na təyin olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.