İdman

"Zirə"də 2 şok itki - Onun üçün mövsüm erkən bitdi

28 Fevral 2021 16:18
Baxış: 719
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu mövsüm Premyer Liqanın iddialı klublarından "Zirə" ciddi itkilərlə üzləşib.

Milli.Az bildirir ki, klubdan qol.az-a verilən məlumata görə, "Neftçi" ilə Premyer Liqanın 17-ci tur matçında zədələnən Davit Volkov dünən əməliyyat olunub. Gürcüstanlı hücumçunun 8 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

Məşq zamanı zədə almış yeni legioner Filipe Paxtmanın durumu isə daha ciddidir. Yaxın günlərdə çapraz bağlarından əməliyyat olunacaq 21 yaşlı braziliyalı hücumçu 6 ay oynaya bilməyəcək. Bu isə hazırkı mövsümün onun üçün erkən başa çatması deməkdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.