İdman

"Onu "Arsenal"a gətirmək üçün çox şey etdim"

28 Fevral 2021 15:52
Baxış: 621
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Arsenal"ın baş məşqçisi Mikel Arteta futbolçusu Villianın çıxışı barədə danışıb.

Qol.az goal.com-a istinadən xəbər verir ki, o, klubun braziliyalı hücumçudan daha yaxşı oyun gözlədiyini deyib:

"Cümə axşamı Villianın çıxışından razı qaldım. Hər gün məşq etməsi və çalışması təqdirə layiqdir. İndi yavaş-yavaş ehtiyacımız olduğu kimi davranmağa başlayır. Hücum xətti matçların nəticəsinə qərar verir.

Komanda yoldaşları Villianı sevir. Kluba gələndə ondan daha çox gözləyirdik. Lakin Villian müxtəlif səbəblərdən ən yaxşı oyununu göstərə bilmədi. Ümid edirəm ki, Avropa Liqasında çıxş etmək ona necə vacib oyunçu olduğunu göstərəcək. Villian çox sevdiyim futbolçudur və onu komandaya gətirmək üçün çox şey etdim. Ümid edirəm ki, bizə daha çox fayda verə bilər".

Qeyd edək ki, Villian bu mövsüm Premyer Liqada 18 matça çıxıb və 3 qol vurub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.