İdman

PSJ Mbappenin qiymətini müəyyənləşdirdi

18 Fevral 2021 16:46
Baxış: 920
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

PSJ hücumçusu Kilian Mbappe barədə yekun qərarını verməyib.

Milli.Az apasport.az-a istinadla bildirir ki, Fransa klubu aparıcı futbolçusunu mövsümün sonunda satacağını istisna etmir.

Bir tərəfdən 22 yaşlı forvarda yeni müqavilə təklif edən parislilər digər tərəfdən onu sərfəli qiymətə yola salmağın əleyhinə deyil. "Real"ın transfer gündəmində olan forvardın keçidi yalnız 200 milyon avroya baş tuta bilər.  PSJ həmin məbləğlə "Barselona"nın kapitanı Lionel Messinin maaşını qarşılamağı planlaşdırır.

Qeyd edək ki, Kilian Mbappe PSJ-yə 2017-ci ildə "Monako"dan keçib.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.