İdman

"İnter" "Lasio"ya qalib gəldi

15 Fevral 2021 07:32
Baxış: 1 268
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliya futbol çempionatının 22-ci turu matçında "İnter" öz meydançasında "Lasio"nu məğlub edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, görüş 3:1 hesabı ilə başa çatıb.

Qolları qaliblər sırasında Romelu Lukaku (22-ci dəqiqə - penalti, 45) və Lautaro Martines (64), digər tərəfdən isə Qonzalo Eskalante (61) vurublar.

"İnter" 50 xalla turnir cədvəlində birinci, "Lasio" 40 xalla yeddinci yerdə qərarlaşıblar.

Növbəti turda "İnter" fevralın 21-də "Milan"la oynayacaq, "Lasio" isə bir gün əvvəl "Sampdoriya"nı qəbul edəcək.

Günün digər matçlarında "Sampdoriya" "Fiorentina"nı (2:1), "Sassuolo" isə "Krotone"ni məğlub ediblər (2:1).

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.