İdman

Zidandan Fransa millisi açıqlaması

14 Fevral 2021 16:49
Baxış: 1 174
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Real"ın baş məşqçisi Zinəddin Zidan gələcəkdə Fransa millisinə rəhbərlik edəcəyini istisna etməyib.

Qol.az ESPN-ə istinadla xəbər verir ki, o, Fransa Futbol Federasiyasının prezidenti Noel Le Qrenin bununla bağlı fikirlərinə cavab olaraq deyib:

"Mənim onunla əla münasibətim var. Biz 1998-ci ildən tanışıq. Nə vaxtsa Fransa millisinin baş məşqçisi ola bilərəm. 10 il əvvəl məşqçiliyə başlayanda da bunu demişdim. Hazırda isə mən "Real"da işləyirəm və klubu bəyənirəm. Baxaq görək gələcəkdə nə olur".

Xatırladaq ki, Fransa Futbol Federasiyasının prezidenti Noel Le Qre Didye Deşamın mümkün gedişindən sonra Zidanın millinin baş məşqçiliyinə əsas namizəd olacağını deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.