UEFA Avropa Liqasının 1/16 final mərhələsinin iki oyununun yerini dəyişdirib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, "Volfsberger" (Avstriya) - "Tottenhem" (İngiltərə) ilk görüşü Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da, "Arsenal" (İngiltərə) - "Benfika" (Portuqaliya) cavab matçı isə Yunanıstanda "Georgios Karaiskakis" stadionunda oynanılacaq.
Bu qərarların verilməsinə koronavirus pandemiyasına görə tətbiq olunan karantin qaydaları və məhdudiyyətlər səbəb olub.
Qeyd edək ki, "Volfsberger" - "Tottenhem" oyunu fevralın 18-i Avstriyada, "Arsenal" - "Benfika" qarşılaşması isə fevralın 25-i İngiltərədə oynanılmalı idi.
Milli.Az